Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Məmsimovun və rəhbərlik etdiyi “Palmali Holdig”in idarə heyətinin qərarı ilə şirkətə məxsus gəmilərin adları dəyişdiriləcək.
Voicepress.az xəbər verir ki, bu barədə “Palmali Holdig” in İnstagram səhifəsində məlumat verilib. Bildirilib ki, bu gündən etibarən gəmilər, vətən müharibəsində canlarından keçən şəhidlərin adlarını daşıyacaq.
Qeyd olunub ki, məqsəd Azərbaycan şəhdlərinin adlarını yaşatmaq və dünya sularında tanıtmaqdır.
İdarə heyətinin qərarı ilə martin 30-da yola salınacaq ilk gəmi, 140 metr uzunluğu olan General Polad Həşimovun adını daşıyan gəmi olacaq.
Gəminin yola salınma mərasimi Yalovada, Doğruyol tərsanəsində baş tutacaq. Mərasimdə Azərbaycan və Türkiyədən qonaqlar iştirak edəcək.

\voicepress.az\








