Zelenski öldürülsə Ukraynanı kim idarə edəcək? – ABŞ açıqladı

7 Mart, 12:11

“Zelenski öldürülsə, ukraynalıların bunun üçün  planları var”.

Voicepress.az xəbər verir ki, bu sözləri ABŞ-ın Xarici İşlər naziri Antoni Blinken Amerikanın CBS kanlında jurnalistin “Ukrayna Prezidenti Volodimir Zelenski öldürülsə Ukraynanı kim idarə edəcək?” sualını cavablandırarkən söyləyib. Zelenskinin gələcəyini və Rusiya-Ukrayna müharibəsini dəyərləndirən Blinken: “Ukraynalıların bunun üçün hazırda detallarına girməyəcəyim planları var. Ancaq bunu deyə bilərəm ki, hökumətin bu şəkildə davam etməyini istərdik” deyib.