Bu gün Beynəlxalq Qadınlar Günüdür

8 Mart, 10:36

Bu gün bütün dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur.

Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.

8 Mart, qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.

İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib. Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb.

 Voicepress.az