Bu günlərdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı həddindən ziyadə versiyalar irəli sürülür. Bir çoxları Ukrayna Prezidenti Zelinskinin liderliyini yerə göyə sığdırmır, bir digərləri Rusiya Prezidenti Vladimir Putinin işğalçı siyasətini tənqid edir. Əslində bir qədər müharibə başlamadan öncəyə diqqət edərsək, görərik ki, bu gün Rusiyaya qarşı həddindən ziyadə sanksiyalar buketi hazırlayan ABŞ və Qərb Rusiyanın Ukraynaya hücumu üçün sözün əsil mənasında tərəfləri savaşa təhrik etdilər. Əslində bir çox mənbələrin məlumatına görə, Ukrayna və Gürcüstanın NATO və Avropa Birliyinə üzvlüyü ilə bağlı məsələnin aktuallaşdırılmasının bir başa həmin dövlətlərin bölünməsinə gətirib çıxaracağı hər kəsə məlum idi.
Bir sıra etibarlı mənbələrin verdiyi xəbərə görə, 2008 ci ildən etibarən Ukrayna məsələsi ABŞ və Rusiya arasında 100 faiz razılaşdırılmış məsələdir. Qeyd etmək gərəkir ki, Amerikanın keçmiş kəşfiyyat idarəsinin rəhbəri, ABŞ-ın Rusiyada 2008 ci ildəki səfiri olmuş Villiam Börns müsahibələrinin birində hələ o vaxtı bildirmişdi ki, Ukraynanın NATO-ya üzvlüyü Ukraynanın bölünməsinə gətirib çıxaracaq. Ölkədə vətəndaş mübaribəsi başlayacaq və Rusiya ilə müharibə qaçılmaz olacaq. Hətta bu məlumatla bağlı əslən avstralyalı jurnalist Julian Assanc ABŞ və Rusya arasındakı yazışma nəticəsində əldə edilən rəsmi sənədləri mətbuata sızdırdığı üçün bu gündə Moskvada həbsdədir.
Xatırladaq ki, Avstralyalı jurnlalistin ABŞ-ın yüzə yaxın dövlət sirri hesab edilən yazışmasını əldə edib. Bunlar arasında eyni zamanda ABŞ-ın Əfqanistan və İrakdakı hərbi əməliyyatlarları, eyni zamanda Ukrayna və Gürcüstanla bağlı da, planları yer alırdı.
Həmin sənədin əslini olduğu kimi oxuculara təqdim də edirik. 
Hesab edirəm sənəddə Gürcüstanın da olduğunu nəzərə alsaq, Gürcüstan Qərb və ABŞ yönlü siyasi kursu üzərində bir qədər ehtiyyat etməlidir.
Ötən gün Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı çəkilmiş videodakı kadrlar da, onu sübut edir ki, Ukrayna xəritə üzərində belə artıq iki hissəyə bölünüb və bu Rusiya ilə ABŞ arasında razılaşdırılıb.

Kadrda Türkiyə Prezidentinin qarşısında iki hissəyə bölünmüş Ukrayna xəritəsi açıq halda göründüyü halda, Rusiya Prezidenti kameraların fərqinə varar varmaz Türkiyə Prezidentinə işarə edərək, o xəritənin üzərini qapatmağını istəyir.

Bir çoxları əgər Ukraynanın bölünməsi planında ABŞ-da varsa, o zaman tətbiq edilən sanksiyalar nə üçündür deyə sora bilər…
Bizim gördüyümüz sanksiyalar sadəcə 2008 ci ildə hazırlanmış geosiyasi layihənin qrimləridir. Bu da bir daha onu sübut edir ki, ABŞ və Qərb öz maraqları olmadığı halda bu kimi ssenarilərdə yer almırlar. Nümunə olaraq, İkinci Qarabağ müharibəsini göstərmək olar. Qərb və ABŞ-ın sərgilədikləri ikili standartların da səbəbini beləcə çözmüş olduq.
İşğalçı Ermənistana 30 ildə tətbiq edilməyən sanksiyalar, 10 gündə Rusiyaya artıqlaması ilə tətbiq edildi…
Ukrayna planı onu göstərdi ki, Avropaya inteqrasiya bir dövlətin müstəqillik və ərazi bütövlüyü imtahanından keçir. Bəlkə də ona görə, Türkiyə bu günə kimi Avropa Birliyinə qəbul olunmayıb. Çünkü Qərb Ukrayna planını Türkiyə üzərində tətbiq edə bilməyəcəyinin fərqindədir…
Ülkər Fərmanqızı/VOİCEPRESS








