Xalq yazıçısı, ssenarist, dramaturq, kinorejissor Rüstəm İbrahimbəyov rəhmətə gedib.
Bu barədə Voicepress.az-a aktyor Elnur Kərimov məlumat verib.
Rüstəm İbrahimbəyov 5 fevral 1939- cu ildə Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olub. Azərbaycan Neft və Kimya Insitutunu bitirmiş, sonralar Moskvada Ümummittifaq Dövlət Kinematoqrafiya Institunda ssenarist və rejissor ixtisaslarına yiyələnmişdir. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib.
Allah rəhmət eləsin!







