Bu gün Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın Dövlət Komitəsi ilə birgə təşkilatçılğı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçrilib.
Voicepress.az xəbər verir ki, Atatürk Mərkəzində keçirilən dəyirmi masada erməni faşizminin xalqımıza, türk kimliyinə qarşı soyqırımı, etnik təmizləmə və müharibə cinayətlərinin beynəlxalq miqyasda siyasi və hüquqi qiymət alması,cinayətkarların cəzalandırılması prosesinə töhfə vermək ücün dövlət orqanlarının, akademik dairələrin vətəndaş cəmiyyəti və medianın rolunun artırılmasına dair faydalı müzakirələr aparılıb.

Günahsız qurbanların xatirəsi anılıb, ərazi bütövlüyümüz, suverenliyimiz insanların təhkükəsizliyi naminə həyatını qurban verən şəhidlərimiz ehtiramla yad edildi,qazilərimiz və müharibə veteranlarımıza fədakar xidmətlərinə görə minnətdarlıq ifadə edilib.

Tədbirdə, Ümummilli Lider Heydər Əliyevin bu sahədə reallaşdırdığı siyasət, ölkə Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Qarabağ probleminin çözülməsi nəticəsində meydana çıxan yeni reallıqların fonunda hər bir soydaşımızın qarşısında duran vəzifələr barədə fikir mübadiləsi də aparılıb.
Regionda “Sülh naminə Ədalət” uğrunda qüvvələri və səyləri birləşdirməyin vacibliyinin vurğulandığı tədbirdə, Beynəlxalq təşkilatlara və ictimaiyyətə üvanlanmış müvafiq sənəd qəbul olunub.
\voicepress.az\








