Türkiyədə koronavirusla bağlı son durum açıqlandı

12 Fevral, 23:13

Türkiyədə son sutkada COVID-19-dan 272 nəfər ölüb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb

Məlumatda qeyd olunur ki, son sutkada 448 347 nəfər test edilib, onların 86 193-nin nəticəsi pozitiv çıxıb.

Son 24 saatda COVID-19-dan 73 526 nəfər sağalıb.