Rusiya Donetskdə kimyəvi təxribata hazırlaşır

26 Fevral, 17:24

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətində kimyəvi təxribata hazırlaşır.

 Voice press.az Ukrayna mətbuatına istinadən xəbər verir ki,  bu barədə Ukraynanın Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki,  Rusiya qoşunları Ukraynanı günahlandırmaq üçün işğal altında olan Donetskdə kimyəvi təxribat törətməyə hazırlaşır: “Müvəqqəti olaraq işğal olunmuş Donetsklə bağlı kəşfiyyat məlumatlarımız var. Orada işğalçılar Rusiya hərbçilərinə qaz maskaları paylayır. Sənaye qablarını kimyəvi maddələrlə zədələmək ehtimalı var”

Ukrayna hakimiyyəti mülki əhalini ayıq-sayıq olmağa çağırıb.