Türkiyənin gələn ilki büdcəsi təsdiq edildi

19 Dekabr, 01:37

 

VOİCEPRESS.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop büdcənin 327 lehinə, 197 əleyhinə səslə qəbul edildiyini bildirib.

Beləliklə, büdcə xərcləri 1,75 trilyon lirə (104,9 milyard dollar), büdcə gəlirləri isə 1,472 trilyon lirə (88,2 milyard dollar) səviyyəsində proqnozlaşdırıb. Proqnoza görə, gələn il büdcə kəsiri 278 milyard lirə olacaq.