İranda yeni prezidentin adı bilindi

0
96

İran prezidentliyinə namizəd Möhsün Rezai İbrahim Rəisini prezident seçilməsi münasibətiylə təbrik edib.

VOİCEPRESS xəbər verir ki, o, təbrik zamanı Rəisini özünün qardaşı adlandırıb.

Qeyd edək ki, İrandakı seçkinin rəsmi nəticələri hələlik açıqlanmayıb. Seçkidə əsas mübarizə 4 namizəd arasında gedib. Seçkidən öncəki sorğularda İbrahim Rəisi namizədlər arasında ən reytinqlisi idi.

***

İran Seçki Qərargahının rəhbəri Camal Orf İbrahim Rəisinin səsvermədə iştirak edən 28,6 milyon seçicidən 17,8 milyonunun səsini aldığını açıqlayıb.