Zəngəzur dəhlizi və 4-cü bənd…

10 Aprel, 14:56

7 aprel: Putin və Paşinyan Moskvada görüşdü; 8 aprel: Putin və Əliyev telefonda danışdı; 9 aprel: Ərdoğan və Putin telefonda müzakirə apardı…

Hər üç görüşün ana gündəmi 10 noyabr, 11 yanvar üçtərəfli bəyanatların icrası və kommunikasiyanın açılması məsələdir.

Bakı və Ankaranın gündəliyində Zəngəzur dəhlizi və 10 noyabr bəyanatının 4-cü bəndinin icrası – erməni qoşunların Qarabağdan çıxarılması var. Putinin Paşinyanla Moskva görüşündən sonra Nikolun İrəvanda baş separatçı Araiki qəbul etməsi, Putinin isə Əliyevə və Ərdoğana zəng etməsi də danışıqların bununla bağlı olduğunu deməyə əsas verir.

Sülhməramlıların yerləşdirilməsinə paralel olaraq Qarabağdan çıxarılmayan erməni qoşunlar kommunikasiyasının bərpasına paralel olaraq çıxarıla bilər.