Belarus Prezidentinin rusiyalı həmkarıyla Qarabağ məsələsini müzakirə etməsini necə qiymətləndirmək olar?
VOİCEPRESS xəbər verir ki, suala aydınlıq gətirən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Aleksandr Lukaşenko Bakıdakı açıqlamalarında Azərbaycana dəstək verdiyini gizlətmədi:
“Lukaşenko onu da dedi ki, Minsklə Bakı arasında fikir ayrılığı yaradan heç bir məsələ yoxdur. Mümkündür ki, qapalı görüşdə rəsmi Bakının “İsgəndər” raketləriylə bağlı Moskvanın siyasətindən narazılıq da səsləndirilib. Belarus Rusiyanın müttəfiqi sayılır. Ona görə Bakı Moskva ilə təmaslarında Minskin imkanlarından da istifadə edə bilər. Lukaşenkonun belə bir təcrübəsi var. Belarus Prezidenti daha öncə Azərbaycan Prezidentinin Qarabağ münaqişəsinin həlliylə bağlı mesajlarını Ermənistanın keçmiş prezidentinin də diqqətinə çatdırmışdı”.