“Sülh çeşməsi” əməliyyatının aparıldığı bölgədə hücuma cəhd edən 2, “Fərat qalxanı” əməliyyatının aparıldığı bölgədə isə hücuma hazırlaşan 1 PKK/PYG terrorçusu zərərsizləşdirilib.
VOİCEPRESS xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Terrorizmlə mübarizə ölkə daxilində və sərhədlər xaricində qətiyyətlə davam edir”, – deyə nazirlikdən bildirilib.








