Əsli Kazımova: “Ölkədə Cənab Prezidentin təşəbbüsü ilə aparılan səmərəli antikorrupsiya siyasəti öz bəhrəsini verir”

16 Sentyabr, 19:04

“Ölkədə Cənab Prezidentin təşəbbüsü ilə aparılan səmərəli antikorrupsiya siyasəti öz bəhrəsini verir”. Bunu VOİCEPRESS-ə açıqlamasında, Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, hələ pandemiya zamanı bir çox ölkələr iqtisadi böhran yaşadıqları halda, ölkəmizdə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi coxsahəli islahatlar kursu iqtisadi geriləmə yaşamamışdır: “Ötən on ildə Cənab prezientin mütəşəkkil və düşünülmüş siyasəti  respublikamızın iqtisadiyyatında dinamik inkişafa zəmin yaratmışdır. Bu gün etiraf etməliyik ki, bir ölkəni iqtisadi çöküşə aparan başlıca amillərdən biri də, karrupsiya faktorudur. Bu nöqteyi nəzərdən dövlət başçısı ölkədə köklü ıslahatlar və antikarrupsiya tədbirləri ilə bu kimi məqamları aradan qaldırmaq üçün əlindən gələni edir. Sevindirici amillərdən biri də, odur ki, dövlət başçısı xalqın marqlarının qorunmasını bu gün nə hüquq müdafiəçilərinə, nə millət vəkillərinə, nə pasrtiya sədrlərinin qorumasını gözləmir, birmənalı olaraq, özü şəxsən maraqlanır.

Bu gün qətiyyətlə deyə bilərəm ki, Cənab Prezidentin bu diqqəti və qayğısı eyni zamanda media nümayəndələrinin də məsuliyyətini və önəmini ortaya qoyur. Bu gün dünya praktikasına baxaq, hansı dövlətdə  ölkə başçısı media nümayəndələrinin ortaya qoyduğu ölkə problemlərini şəxsən öz nəzarətinə götürür? Hansı dövlət başçısı müdia nümayəndələri ilə dostluq edir? Azərbaycan prezidentinin karrupsiya əleyhinə ölkədə apardığı  siyasi kurs birmənalı olaraq, Azərbaycan xalqının maraqlarını müdafiə edir. Bu isə ölkədə vətəndaş faktorunun önəmini, qanunun aliliyinin göstəricisidir”.