Əsli Kazımova: “ Cənab Prezidentin təşəbbüsü ilə ölkədə pandemiya zamanı zərərlərin minimuma endirilməsinə nail  olunmuşdur”

16 Sentyabr, 17:54

 

“Pandemiya dövrü olmasına baxmayaraq, cənab prezident İlham Əliyev yeni dərs ilinin yeni formatda təşkili ilə bağlı mənalı çıxışı təqdirə layiq hal kimi dəyərlədnirilməlidir”. Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə bu il yeni dərs ilinin yeni şəraitdə, pandemiya dövründə başlaması,  hər birimizdən iki qat məsuliyyət tələb edir. Cənab Prezident İlham Əliyevin bu səpgidə çıxışı əslində təhsilə verdiyi önəmi, xalqın təhlükəsizliyinin təmin olunması faktorunun nə qədər mühüm olduğunu bir  daha təsdiq etmiş oldu. Prezident dəfələrlə ölkənin başlıca məqsədlərindən birinin Azərbaycan xalqının bu bəladan qorumaq olduğunu qeyd etdi. Əslində cənab Prezidentin verdiyi bütün qərarlar birmənalı olaraq, bu məqsədi xidmət edir.

Pandemiyanın vüsət aldığı dövr qeyd etmək gərəkir ki, təhsilimizə böyük mənfi təsir bağışladı. Amma Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkədə yaradılan mütəşşəkkil tədbirlər planı çərçivəsində bu zərərlər minimuma endirilmişdir. Azərbaycanda alınan qərarlar və təşkil edilən pandemiyaya qarşı tədbirlər programının ciddiliyi bir çox ölkələrin diqqətini çəkmiş, bu gün Azərbaycan təcrübəsindən istifadə edən ölkələrin olduğunu görmək mümkündür”.

Fürsətdən istifadə edərək, ASRP sədri  İqtisad Universitetinin pedaqoqu hər kəsi yeni dərs ili münasibəti ilə təbrik etdi: “Azərbaycanın təhsilli və elmli gənclərə ehtiyacı var! Güclü təhsil güclü siyasət deməkdir!”