İtaliyada son sutkada yeni tip koronavirusdan (COVİD-19) 525 nəfər həyatını itirib.
VOİCEPRESS xəbər verir ki, bu barədə Sputnik məlumat yayıb.
Bununla da sözügedən ölkədə koronavirusdan ölənlərin sayı 15 min 887-yə yüksəlib.
Qeyd edək ki, İtaliyada koronavirusdan ölüm hallarında azalma müşahidə olunur. Dünən bu ölkədə 681 nəfər koronavirusdan ölmüşdü.








