Fransadan sevindirici xəbər: Kəskin azalma var

6 Aprel, 00:12

Fransada son sutka ərzində 518 nəfər koronavirusdan ölüb.

VOİCEPRESS xəbər verir ki, bu barədə Fransa Səhiyyə Nazirliyi məlumat yayıb.

“Bununla da sözügedən virusdan ölənlərin sayı 8078-ə çatıb. Ümumilikdə isə ölkədə 92 min 839 nəfərdə bu virus qeydə alınıb. Dünənə nisbətən ölü sayında təxminən 50 faiz azalma müşahidə olunub”, – açıqlamada bildirilib.