Yunanıstanda koronavirus orduya keçdi

19 Mart, 00:24

Dünya miqyasında 8 min 279 nəfərin ölümünə səbəb olan koronavirus Yunanıstanda orduda yayılıb.

VOİCEPRESS xəbər verir ki, Evros bölgəsində yerləşən hərbi hissədə 40 yaşlı hərbçidə Covid-19 aşkarlanıb.

Bu səbəbdən onun əhatəsində olan bütün əsgərlər karantinə alınıb.

Hərbi hissə isə dezinfeksiya işləri üçün bağlanıb.