Pakistanda partlayış: 14 ölü, 500 yaralı

18 Fevral, 18:24

Pakistanın Kəraçi şəhər limanında qaz sızmasından baş verən partlayış nəticəsində 14 nəfər ölüb. Eləcə də 500-dən çox insan müxtəlif xəsarətlərlə əlaqədar xəstəxanalara müraciət edib.

VOICEPRESS xəbər verir ki, limanda qaz sızmasının mənbəyini hələ ki, müəyyənləşdirmək mümkün olmayıb.

Mütəxəssislər qaz sızmasının yerinin müəyyənləşdirilməsi istiqamətində iş aparırlar.