Hüsnü Mübarəkin ölüm xəbəri təsdiqlənib

25 Fevral, 21:25

Misirin sabiq prezidenti Hüsnü Mübarəkin ölüm xəbəri təsdiqlənib.

VOICEPRESS-in TASS-a istinadən verdiyi xəbərə görə, Misir dövlət televiziyası sabiq prezidentin ölümü barədə məlumat yayıb.

***

saat 14:58

Misirin sabiq prezidenti Hüsnü Mübarək vəfat edib.

VOICEPRESS-in xəbərinə görə, bu barədə “Əl-Aym əs Sabia” portalı məlumat yayıb. Sabiq prezidentin 91 yaşında vəfat etdiyi bildirilir.

Bu barədə hələlik rəsmi məlumat yayılmayıb.

Qeyd edək ki, Misirin 4-cü prezidenti olan H. Mübarək 1981-ci ildən 2011-ci ilə kimi ölkəyə rəhbərlik edib. O, 2011-ci ildə baş verən inqilab zamanı istefa verib. Daha sonra həbs edilən H. Mübarək azadlığa buraxılıb.