Gürcüstan Türkiyə ilə sərhəd keçid rejimini sərtləşdirib

27 Fevral, 16:10

Gürcüstan ölkə ərazisində koronavirusun yayılmasına qarşı qabaqlayıcı tədbir kimi Türkiyə ilə sərhəd rejimini sərtləşdirib. 

VOİCEPRESS-in yerli bürosu xəbər verir ki, artıq pasportunda 21 gün ərzində  son koronavirusun geniş yayıldığı Çin, İtaliya, İran, Cənubi Koreyanın möhürü olan şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulub. 

Müvafiq dəyişiklikdən sonra Türkiyə vətəndaşları da Gürcüstan ərazisinə daxil olmaq istədikdə pasport təqdim etməli olacaqlar. Buna qədər isə Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə ölkəyə girişi mümkün idi.