Gürcüstan çağırış etdi: Bu ölkəyə getməyin

23 Fevral, 17:19

Gürcüsan Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına İranda yeni tip koronavirus (Covid-19) yayılması ilə əlaqədar bu ölkəyə səfərdən imtina etməyi tövsiyə edib.

VOİCEPRESS xəbər verir ki, bu barədə Gürcüstan XİN-nin saytında məlumat yerləşdirilib.

“İranda koronavirus fevralın 19-da aşkarlanıb, ölkədə 28 nəfər bu xəstəliyə yoluxub, 6 nəfər ölüb. Vəziyyəti nəzərə alaraq, İrana səfərlərdən imtina etməyi xahiş edirik”, – məlumatda qeyd olunub.

Gürcüstan XİN ölkənin İrandakı səfirliyində “qaynar xətt” yaradıldığını da nəzərə çatdırıb.