Yunanıstan Ali Məhkəməsinin sədri Yekaterina Sakellaropulu ölkə prezidenti seçilib.
VOICEPRESS-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səsvermə bu gün səhər saatlarında parlamentdə keçirilib.
Parlamentdə 300 nəfər deputatdan 200-dən çoxu Y. Sakellaropuluya etimad göstərərək səs verib.
Y. Sakellaropulu Yunanıstanda ilk qadın prezident kimi tarixə düşüb.