Şimali Koreyanın yeni Xarici İşlər naziri təyin edilib

19 Yanvar, 18:17

Li Son Qvon Şimali Koreyanın yeni Xarici İşlər naziri təyin edilib.

VOİCEPRESS-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, L. S. Qvon bundan əvvəl Vətənin Sülh Yolu ilə Birləşdirilməsi üzrə Komitənin rəhbəri olub.

L. S. Qvon Xarici İşlər naziri postunda Li Yon Xonu əvəzləyib. Xarici siyasət sferasında 38 il çalışmış L. Y. Xon 2016-cı ildən Şimali Koreya Xarici İşlər naziri olub.