Rusiyanın Baş prokuroru dəyişir

20 Yanvar, 15:33

Rusiya Prezidenti Vladimir Putin Yuri Çaykanın yeni vəzifəyə keçməsi ilə əlaqədar olaraq, Baş prokuror vəzifəsinə Rusiyanın İstintaq Komitəsinin rəhbərinin müavini İqor Krasnovun namizədliyini irəli sürüb.

VOİCEPRESS-in RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti xəbər verib.