R. T. Ərdoğan: “Millət vəkilliyi kimsəyə babasından miras deyildir!”

17 Yanvar, 14:53

Millət özünə vəkil seçir. Mən də millətiimin bir fərdiyəm. 2015 ci ildə Bakı şəhəri  Xətai rayon 33 saylı seçki dairəsindən millət vəkilliyinə namizədliyimi vermişdim.  Karusellərlə toplanan səs çoxluğu ilə qocaman Hüseynbala Mirələmov  seçildi. Mən namizəd olduğum rayonun həm də sakiniyəm. İllərdir onun rayon üçün bir iş görməsini heç kəs görməyib. Sadəcə seçim zamanı yollar asvaltlanır. Araşdırıb baxanda görürsən ki, asvaltın pulu İcra Hakimiyyətinin balansından silinir, amma ad olur ki, Hüseynbala Mirələmov asvalt çəkir…

Bu il mən namizəd deyiləm. O üzdən daha obyektiv öz fikrimi yaza bilərəm. Həmin dairədən verən namizədləri azdan çoxdan tanıyıram. Aralarında ən qocamanı, Hüseynbala Mirələmovdur.  Prezident  yaşlıları istefaya dəvət etdi, etik davranışlara zidd olaraq, ağarmış saçlarınıza hörmətən işdən çıxartmağı özünə yaraşdırmadı, amma bir çox insanlar prezidentin bu kübarlığından, böyüyə qoyduğu hörmətdən əməlli başlı suiistifadə etməyə yenə də davam edir.

Kürsüyə oturmadan əvvəl cənablar, bir yoxlayın “kley”  falan yoxdur ki kürsüdə? Bəlkə mandatı ömürlük etməyi bu seçkilərdən sonra qanuniləşdirəsiniz?  Çünki yaşlı insanların  milli məclisdə mürgüləməsi üçün seçki kampaniyalarına qatılmaları  rus demişkən əməlli başlı  teatr səhnəciyidir. “Это настоящий цирк…”

Bu  targiko-komediyanın  ssenarisini isə   Hüseynbala Mirələmov  əslinə qocman yazar kimi evdə yazsa ondan daha yaxşıdır.

Hüseynbala Mirələmovun Prezidentin yaşlılara səslənməsinin ardından seçilərdə iştirak etməsi cənab Prezidentə qaşı sayqısızlıq kimi qəbul edilməlidir. Türkiyə Cumhuriyyətinin Cumhurbaşkanı R. T. Ərdoğan deyir ki, “Millət vəkilliyi kimsəyə babasından miras deyildir. Bu vatana və millətə hizmət için bir vasitədir”.

Sadəcə sual edirəm 2015 ci ildə seçilməyə müvəffəq olan Mirələmov, 2020 yə kimi Milli Məclisdə hansı çıxışları və təklifləri ilə yadda qaldı? Seçkidən sonra onu mətuatda ümmiyyətlə görən oldu mu? 

Ü.Fərmanqızı/VOİCEPRESS