Azər Badamovun ilk görüşü YAP-ın aktivləri ilə baş tutub

17 Yanvar, 14:31

VOİCEPRESS-in verdiyi xəbərə görə, 51 saylı Qusar seçki dairəsindən  millət vəkilliyinə namizəd Azər Badamov 17 yanvar 2020 ci il tarixində Parlament seçkilərində iştirak etmək adına start verilən təbliğat-təşviqat kampaniyasına start verməklə ilk görüşnü keçirməyə müvəffəq olub.

Yanvarın 17-də start verdiyimiz təbliğat-təşviqat kompaniyamız çərçivəsində ilk görüş YAP-ın aktivləri ilə baş tutub.

Partiya aktivləri ilə baş tutan görüşmələr  çox məhsuldar keçib. Hər kəs Azər Badamov kimi namizədin təbliğat və təşviqat işlərində əlindən gələni etməyə söz verib.

VOİCEPRESS-in aktivistlər arasında apardığı sorğuya görə, aktivistlər  Azər Badamov haqqında seçicilər xoş təəsüratlar söylədiklərini bildirib: “İmzatoplama kampaniyasında heç bir seçici tərəfindən giley duymadıq. Azər Badamovun seçiciləri ilə səmimi münasibətlərinə və onlara qarşı həssas davranışına dayanaraq, hər kəsin qapısını alnımız ağ, başımız dik çala bildik. Bu böyük uğurdur!” –deyə aktivistlər ümumi fikirlərini bildirdilər.