Rusiya Prezidenti Vladimir Putin ölkə konstitusiyasına önəmli dəyişikliklərin edilməsi təklifi ilə çıxış edib.
VOICEPRESS TASS-a istinadən verdiyi xəbərə görə, V. Putin Federal Məclisinə müraciətində Dövlət Duması və Federasiya Şurasının səlahiyyətlərinin artırılmasına çağırış edib.
O qeyd edib ki, təklif edilən dəyişikliyinə əsasən, Baş Nazir, Baş Nazirin müavinləri və bütün nazirləri Dövlət Duması təsdiq edəcək, güc strukturlarının rəhbərləri isə Federasiya Şurasının razılığı əsasında təsdiqlənəcək və Prezident təklif edilən namizədləri təsdiqləməlidir.
“Təklif edirəm ki, konstitusiyada Prezidentin təklifi ilə Federasiya Şurasının Konstitusiya və Ali Məhkəmələrin hakimlərinin ləyaqətinə xələl gətirən və eləcə də digər federasiya qanunu ilə nəzərdə tutulmuş hallarda yanlış hərəkət etdiklərində vəzifədən azad etməsini səlahiyyətləri nəzərə alınsın”, – deyə V. Putin vurğulayıb.








