Liviyada münaqişə tərəfləri olan Milli Razılıq hökumətinin rəhbəri Faiz Sarac və general Xəlifə Haftarın başçılıq etdiyi nümayəndə heyəti Moskvada bir araya gələcək.
VOİCEPRESS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.
Qeyd edək ki, Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə Naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının Başçısı Hakan Fidan bu gün səhər Moskvaya gedib. Rusiyalı həmkarları ilə görüşəcək nazirlər və Hakan Fidan, iki ölkə arasında əldə olunan razılaşmalar nəticəsində regional inkişaf məsələlərini müzakirə edəcəklər.
Türkiyə və Rusiya prezidentinin çərşənbə günü İstanbuldakı görüşündən sonra Liviyada atəşkəsə çağırış məsələsi və prosesin müsbət istiqamətində həll olunması üçün Moskvadakı türk heyətində müzakirələr aparılacaq.