Gürcüstanda daha bir nəfər qrip virusundan ölüb

23 Yanvar, 15:24

Gürcüstanın Zugdidi rayonundan olan 22 yaşlı qadın qrip virusundan ölüb.

VOİCEPRESS-in yerli bürosunun xəbərinə görə, hadisə ötən gün qeydə alınıb.

Qadın Kutaisidən Tbilisiyə aparılarkən yolda keçinib.

Qeyd edək ki, bu il Gürcüstanda 3 nəfər qrip virusundan ölüb.