Paşinyan 20 yanvarın ildönümü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda Azərbaycana qarşı bəzi ultimatumlar səsləndirib. 1990 cı il 20 yanvar tarixində Azərbaycandan deport olunan ermənilərlə bağlı təhditlər yağdırıb. Qeyd edib ki, bundan sonra Azərbaycandan bir ermənini belə heç kimsə deport etməyə cürət edə bilməz.
Otururb düşünürəm ki, “Mono Ermənistan” ölkə projesinə imza atan Ermənistan nə vaxtdan Azərbaycan dövlətindən kimlərin deport olunub, kimlərin deport olunmamasına müdaxilə edir? Bununla bağlı təhditlər yağdırır görəsən?
Baxıb görürük ki, “Ermənistanı blokada saxlamaq” ana xətti altından sən demə, Ermənistan bazarının geyimləri, şokoladları Azərbaycan bazarına sızır…. Azərbaycanı təmsil etmək adına milli musiqi alətlərimizi sərhəddən keçirə bilmədiyimiz halda, erməni malı o qapalı sərhədi necə keçir görəsən?
Pakistan bu günə qədər Ermənistanın müstəqilliyini tanımır. Türkiyə bu günə qədər Ermənistanla bütün diplomatik və ticari əlaqələrini kəsib. Çünki bizim ağrımıza da, acımıza da hörmət edirlər. Amma görünən odur ki, bizim özümüzün öz acğrı-acımıza sayqımız yoxdur. Görünən odur ki, bizim nə şəhidimizə, nə qaçqınımıza, nə də Qarabağ savaşı səbəbindən dövlət olaraq qətt edə biləcəyimiz zirvələri iməkləyərək yürüməyə məcbur olunmağımıza hörmətimiz yoxdur.
Məndə deyirəm, bu ermənilər hansı üzlə Dağlıq Qarabağ probleminin həlli üzrə danışıqlarda Qondarma Dağlıq Qarabağın tərəf olmasını arsızca tələb edirlər. Məndə deyirəm, ermənilər hansı üzlə Bakıya qarşı olmazın təhditlər yağdırırlar….
Azərbaycanlılarımızın bir çoxu da iddia edir ki, “Azəriqənd” və “Azəriçay” istehsalı olan malları da erməni bazarında görmək mümkündür. İş orasındadır, bunu deyərkən bir fəxr edə edirlər…
Cənablar, fəxr ediləcək heç nə yoxdur! Blokadada saxlanması gərəkən Ermənistanla qarşılıqlı ticarəti sürdürənlərin kimliyi açıqlanmalıdır. Azərbaycanı təmsil edə bilmək üçün rəsm əsərini qardaş Türkiyəyə gətirə bilmədiyimiz halda, Ermənistanla bu ticari əlaqələrə göz yumanlar kimdir?
Cənab Prezident Azərbaycanın iqtisadi potensialını artırmaq üçün ən böyük beynəlxalq strateji layihələrə imza atır. Ermənistanı iqtisadi blokada halında saxlamaq üçün əlindən gələni edərkən, görəsən kimlər buna kölgə salmağa çalışır?
Bu məsələ xüsusi nəzarətə götürülməlidir. Azərbaycan multikultiral dəyərlərə sahib bir dövlət olsa da, Azərbaycana heç kəs kimlərin ölkədən deport edilib, edilmədiyini diktə edə bilmədiyini başımız dik sübut etməyə ən azından məcburuq!