2018-c ildə Mərkəzi Afrikada sənədli film çəkən zaman öldürülən Azərbaycan əsilli rusiyalı jurnalist Orxan Camalın qətli ilə bağlı yeni detallar üzə çıxıb.
VOİCEPRESS Rusiya KİV-nə istinadən xəbər verir ki, İstintaq Komitəsi jurnalist Orxan Camalın, Kiril Radçenkovun və rejissor Aleksandr Rastorquyevin soyğun məqsədilə yerli silahlı qruplaşmalar tərəfindən güllələndiyini düşünür. Çəkiliş qrupu maşınların saxlayan qaradərili şəxslərə öz video və kamera aparatlarını vermədikləri üçün yerindəcə öldürülüblər.
Amma Orxan Camalın dul xanımı İrina Qordienko rəsmi versiyaya inanmadığını dilə gətirib.
“Rəsmi versiya yalan və qəmli səslənir. Belə iddia ilə çıxış etməzdən öncə, sübutlar göstərilsin”.