Ermənistanın XİN başçısı Zoqrab Mnasakayan prezidentlərin görüşündən danışıb. VOİCEPRESS-in lragir.am saytına istinaən verdiyi xəbərə görə, Zoqrab Mnasakayan danışıqlar masasında heç bir təklifin olmadığını bildirərək, danışıqların sıfırdan başladığını vurğulayıb: “Danışıqlar 25 ildir ki, davam edir. Bu zaman çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrliyi ilə təkliflərə çoxsaylı yanaşmalar oldu. Sadəcə burada bir sıra yanşma tərzləri nəzərə alınmalıdır deyə düşünürəm. ATƏT-in Minsk Qrupunun problemin həlli ilə əlaqədar yürütdüklri formatın olduqca effektli hesab edirəm. Düşünürəm ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yeganə hər kəs tərəfindən qəbul olunan beynəlxalq formatdır”.
Ermənistan XİN başçısı eyni zamanda Ermənistanın da Dağlıq Qarabağ məsələsinin həllinə yanaşması ilə əlaqədar fikir bildirərkən, yalansız keçinməyib. Onun sözlərinə görə, Ermənistan tərəfin problemin həll olunmasına görə, heç bir görüşlərdən qaçmayıb: “Əksinə Ermənistan tərəfi hər bir görüşdə iştirak edib. Keçən il həm rəsmi, həm də qeyri rəsmi görüşlər keçirildi. Azərbaycan tərəfi ilə növbəti görüşün baş tutması ilə bağlı hələ ki, məlumat vermək mümkün deyil. Çünki rəsmi İrəvan görüşü qarşı tərəflə razılaşdırdıqdan sonra dəqiq informasiya əldə etmək mümkün olacaq”.
Prezidentlərin görüşü ilə bağlı danışan Mnasakayan bildirib ki, hələ ki, bu haqda danışmaq çox tezdir, XİN səviyyəsində görüşün baş tutması üçün danışıqlar aparılır.
Sonda Mnasakayan Yaxın Şərqdə baş verənlərdən narahat olduğunu, qonşu bölgədə qeyri stabil vəziyyətə görə narahat olduğunu da, dilə gətirib: “Bu böhranın birmənalı olaraq tərəfdaşlarımızla bağlı məsələ olduğunu nəzərə alaraq, istər-istəməz bu bizi düşünüdürür. Təhlükəsizlik baxımından müəyyən çalışmalar həyata keçirə bilmək üçün hazırlıqlı olmağa çalışırıq”.