VOİCEPRESS-in lragir.am-a istinadən verdiyi xəbərə görə, Ermənistanın opera müğənnisi Ruzan Mantaşyana məxsus Piyar- agentliyi məlumat yayıb. Belə ki, Drezden Operasında erməni müğənninin çıxışının ləğv olunmasını Azərbaycanlı opera solisti Yusif Eyvazov istəyib. Yəni Azərbaycanlı solist erməni həmkarı ilə eyni səhnədə oxumaq istəmədiyini bildirib.
Erməni tərəfi isə Ruzan Mantaşyanın Drezden operasında çıxışının bərpa olunması üçün çoxsaylı yazışmaları davam etdirsə də, heç bir nəticə əldə edilməyib. Nəticə etibarilə Azərbaycanlı solistin erməni solistlə eyni səhnəni paylaşmaq istəməməsi ilə bağlı imtina məktbu yazılıb.
Məsələ ilə bağlı Ermənistan baş naziri Paşinyan çıxış edərək, Azərbaycanda “ermənifobiya” olduğunu bildirib və bu kimi halların məhz ermənifobiya əlamətləri hesab etdiyini qeyd edib: “Yusuf Eyvazov sadəcə bu kimi hərəkəti ilə Azərbaycandakı “ermənifobiya”ya öz sədəqəsini verdi”.

Ü. Fərmanqızı/VOİCEPRESS