Azər Badamov Milli Qəhrəmanın ailəsini ziyarət etdi

18 Yanvar, 14:29

VOİCEPRESS-in verdiyi xəbərə görə, 51 saylı Qusar seçki dairəsindən  millət vəkilliyinə namizəd Azər Badamov Mili Qəhrəman Çingiz Qurbanovun ailəsini ziyarət edib. Daha sonra  Qusar şəhəri Şəhidlər xiyabanında Milli Qəhrəman Çingiz Qurbanovun və ölkəmizun ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin məzarlarına tər qərənfillər düzərək,  Şəhidlərin xatirəsini yad edib.

Abidə qarşısında baş əyərək,  ehtiramını  bildirib.

Qusar bölgəsini təmsil edən  Azər Badamov illərdir seçiciləri ilə olduqca səmimi münasibətlərə nail olmuşdur.

Azər Badamov sakinlərin dediyinə görə, bu neçə ili hər kəsin  dərdinə, sərinə şərik olmağı, kasıbın qapısını döyüb, süfrəsinəki duz-çörəyə qonaq ola biləcək qədər böyük ürək sahibi bir millət vəkili olmuşdur.