ABŞ-da təyyarə qəzasında 4 nəfər ölüb

23 Yanvar, 16:13

Çərşənbə günü ABŞ-ın Kaliforniya ştatının Korona şəhəri yaxınlığında yerləşən hava limanında kiçikhəcimli təyyarə qəzasında 4 nəfər ölüb. 

VOİCEPRESS-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şəhər Yanğından mühafizə xidməti məlumat yayıb.

Xidmətin “twitter” səhifəsində qeyd edilib ki, qəzaya səbəb təyyarənin 302,8 litr reaktiv yanacağının alovlanması olub. Nəticədə 0,1 hektar ərazidə yanğın baş verib. 

Hadisənin səbəbləri araşdırılarkən məlum olub ki, təyyarə hava limanının hazırda fəaliyyəti dayandırılmış şərq hissəsində qəzaya uğrayıb.