Somalidə 20 terrorçu mehv edilib

2 Yanvar, 11:56

Somalinin xüsusi təyinatlı birləşmələrinin bölmələrindən biri ölkənin cənubundakı Aşağı Şabelle vilayətində antiterror əməliyyatı keçirib.

VOİCEPRESS  xəbər verir ki, bu barədə “Goobjoog News” xəbər portalı bildirib.

Məlumata əsasən, əməliyyat nəticəsində “Əl-Şəbab” ekstremist qruplaşmasının 20 silahlısı məhv edilib.

Bölmə komandiri Osman Abdi Malikin sözlərinə görə, xüsusi təyinatlı döyüşçülər dörd yaşayış məntəqəsini federal hökumətin nəzarətinə qaytarıb.