Zəlzələ 12 nəfərin ölümünə səbəb oldu

21 Dekabr, 16:45

Filippində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

VOİCEPRESS “RİA Novosti”yə istinadən xəbər verir ki, zəlzələ zamanı 210 nəfər xəsartə alıb. 1 nəfər isə itkin düşmüş sayılır.

Xatırladaq ki, dekabrın 15-i Filippində 6,8 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri Maqsaysay yaşayış məntəqəsindən 5 kilometr cənub-şərqdə, ocağı isə 28,2 kilometr dərinlikdə yerləşib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here