Türkiyə Parlamenti Liviya hökuməti ilə imzalanmış hərbi əməkdaşlıq sazişini ratifikasiya edib

510671

Türkiyə Parlamenti Liviyanın Milli Barışıq Hökuməti ilə imzalanmış “Təhlükəsizlik və hərbi əməkdaşlıq” memorandumunu təsdiqləyib.

VOİCEPRESS-in “Daily Sabah”a istinadən verdiyi xəbərə görə, saziş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanandan sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Liviya ilə Türkiyə arasında 27 noyabr 2019-cu ildə İstanbulda “Şərqi Aralıq dənizinin nəzarət sahələrinin razılaşdırılması”, eləcə də “Təhlükəsizlik və hərbi əməkdaşlıq” memorandumu imzalanıb.

Hərbi əməkdaşlıq memorandumu imzalandıqdan sonra Rəcəb Tayyib Ərdoğan, Tripoli hökumətinin istəyi olacağı təqdirdə Ankaranın Liviyaya qoşun göndərməsi barədə düşünəcəyini açıqlayıb.

VOİCEPRESS

Əvvəlki məqaləAdil Əliyev İsa Qəmbərə rəqib olmadı
Növbəti məqalədəSabahdan Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçir

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin