Bu informasiyanı İrandan yayımlanan Ufuk Televiziyası yaymış. Televiziyaya açılamasında Amerikalı politoloq Duf söyləyib. Onun sözlərinə görə, İsrail Azərbaycan ərazisinə bir neçə hərbi təyyarə göndərib. Duf eyni zamanda Azərbaycanla İsrail arasında bəzi anlaşmaların olduğuna diqqət çəkərək, rəsmi Telavivin məhz bu üzdən Türkiyə ilə milyardlarca dollar məbləğində ticari müqavilə bağlandığını söyləyib. Bu səbəbdən də, Azərbaycanı onun ərazisindən İrana hücum məsələsi ilə bağlı razı salmaq imkanı əldə edildiyi iddia edildi.
Amerikalı politoloq eyni zamanda iddia edir ki, İsrail Azərbaycana 5 hərbi təyyarə gətirib. Bu isə birmənalı olaraq, İarana hava hücumu olacağına dəlalət edir.
Xatırladaq ki, yayılan xəbərlə bağlı daha dəqiq məlumat öyrənməyə çalışırıq. Qeyd edək ki, məlumatı yayan xəbərin qaynağı www.kokpit.aero -dir.
Xəbərlə əlaqədar hər hansısa bir məlumatı diqqətinizə çatdıracağıq. VOİCEPRESS-lə qalın.
VOİCEPRESS








