Rusiyanın “Qazprom” şirkəti tranzit müqaviləsi əsasında Ukraynaya 3 mlrd. dollar ödəyəcək

0
313583


Rusiya tranzit qaz razılaşmasına görə Ukraynaya 3 milyard dollar ödəyəcək.

VOICEPRESS “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin köməkçisi Andrey Yermak yerli İctimai Televiziyaya müsahibəsində deyib.

O bildirib ki, Rusiyanın “Qazprom” şirkəti, Stokholm arbitraj qərarına uyğun olaraq, Ukraynaya 3 milyard dollar ödəyəcəyinə razılıq verib.

“Biz çox yaxşı xəbərlərlə vətənə qayıdırıq və Ukrayna üçün əlverişli şərtlərlə tranzit müqaviləsi bağlanacaq. Bu razılaşmalar sayəsində Ukrayna 3 milyard dollar qazanacaq”, – Yermak belə deyib.

Məbləğin əvvəlcədən məsləhətləşmələr zamanı təklif olunan qazla deyil, nağd şəkildə ödəniləcəyi bildirilir.

VOICEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here