NATO baş katibindən ETİRAF: “Türkiyə əhəmiyyətli bir müttəfiqdir”

0
314743

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin İŞİD-lə mübarizə edən ölkələr arasında ilk sırada yer aldığını vurğulayıb.

VOICEPRESS xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Yens Stoltenberq Londonda təşkil edilən NATO Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısı çərçivəsində görüşüb.

Stoltenberq görüş zamanı “Türkiyə İŞİD-ə qarşı apardığımız mübarizədə həddindən artıq əhəmiyyətli bir ölkə idi. Türkiyədəki hərbi bazalardan istifadə edilmədən İŞİD-in məğlub edilməsi mümkün ola bilməzdi”- deyə fikir səsləndirib.

Türkiyənin əhəmiyyətli bir müttəfiq olduğunu qeyd edən Stoltenbergin sözlərinə görə bunu görmək üçün sərhədə nəzər salmaq kifayətdir:

“Türkiyə hərbi əməliyyatı dayandırdı. Zorakılıqda ciddi bir azalma var. Bundan sonra siyasi həll üçün səy göstərməliyik”.

VOICEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here