Əmlak üzrə mütəxəssis: “Türkiyədə ən doğru yatırım ediləcək şəhərlər arasında İstanbul birincidir”

377354

Son zamanlar xaricdə mülk almaq dəb halına gəlib. Xüsusən də, qardaş ölkə Türkiyədə mülk sahibi olmaq istəyənlərin də, sayı get gedə artır. Amma VOİCEPRESS-in apardığı araşdırmalara görə, məlum olub ki, Türkiyənin əmlakla bağlı qanunvericiliyinə görə, mülk sahibi olan əcnəbi insanlar qardaş ölkədə bərabərhüquqlu haqlara yiyələnmək imkanı da qazana bilər.

Amma burada bir məqam var, əcnəbilər çox zaman ev alqı-satqı işləri ilə məşqul olan dələduz insanlarla üzləşirlər, bəzən ev sahibləri ilə qarşılıqlı anlaşmaya üstünlük verənlər də, bir evin bir neçə adama satıldığını öyrənir. O zaman Türkiyədə daha etibarlı, güvənli, zəlzələyə davamlı yerlərdə tikilmiş evləri seçmək, sərfəli yatırım edə bilmək kimi məqamları gözüyumulu, hətta distans həll etmək mümkün deyilmi? Bu və bir çox önəmli suallarla Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən “TFR Türk Force Real Estate” əmlak şirkətinin mütəxəsislərinə müraciət etdik.

Əmlak mütəxəssisinin sözlərinə görə, son zamanlar Türkiyədə mülk alanların və yatırım edənlərin sayında xeyli artım müşahidə edilir. Xüsusən Türkiyədə vətəndaşlıq almaq istəyən hər kəs son 5 il içində mülk almağa və yatırım etməyə başlayıb. Müşahidələrə əsasən yatırımcılar arasında Rusiya, Ərəb ölkələri və Türkdilli ölkələrin nümayəndələri üstünlük təşkil edir.

Mütəxəssisin sözlərinə görə, Türkiyə Avropa və Asiya qovşağı kimi bir coğrafi mövqedə yerləşməsi baxımında əlverişli hesab olunur. Bu üzdən son zamanlar Türkiyədə mülk alma məsələsi əslində bir yatırım hesab olunur. Çünki alınan evlərin qiymətində hər zaman artım müşahidə edilir.
Türkiyənin seysmik zona olduğunu nəzərə alaraq və edilən yatırımın daha prespektivli olması baxımından bəs hansı şəhərlərə daha çox üstünlük verilir, deyə mütəxəsisə sualla müraciət etdik. Əmlak mütəxəssisi bildirdi ki, hazırda ən doğru yatırım ediləcək şəhərlər arasında İstanbul şəhəri birinci yerdədir. İstanbuldan başqa ilk beşlikdə İzmir, Ankara, Adana , Mersin və Antalyanın adını çəkmək olar.

Türkiyədə vətəndaşlıq almaq üçün, sadəcə sıradan mülk almaqla iş bitmir. Qanunvericiliyə görə, yatırımcı 250.000 $ məbləğində maddi vəsait ödədiyi təqdirdə bir həftə içində vətəndaşlıq almaq imkanı qazanır. Amma bu kimi durumlara əmlak ekspertləri tərəfindən xüsusi nəzarət edilir. Mülkün dəyəri ödənilən məbləğdən az və ya çox olmasına xüsusi diqqət yetirilir.

Eyni zamanda hər satışa çıxarılan mülkün “Doğal Afet Sigortası” deyilən zəlzələ və digər təbii fəlakətlərdən dolayı məcburi mülk sığortasının olunması da, böyük önəm daşıyır.

Bildiyimiz kimi, mülk alma məsələsində bir çox yorucu sənədləşmə işləri də həyata keçirilir. Bu zaman çərçivəsində evin sənədi, daha çox biz “kupça” deyə bildiyimiz sənədli evlərin satışına üstünlük verilir. Bu kimi məsələlərin əcnəbilər üçün problem olduğunu nəzərə alaraq, “TFR Türk Force Real Estate” əmlak şirkətənin xüsusi hüquqi işləmlərlə məşqul olan bölməsi maraqlanır.

Distans məsafədən belə, zövqünüzə və cibinizə uyğun, yatırım baxımından daha prespektivli, yəni hər il, hətta hər ay aldığınız evin qiymətindəki artımın müşahidə edilməsi məsələsini belə asanlıqla “TFR Türk Force Real Estate” əmlak şirkətinin mütəxəssislərinə həvalə edə bilərsiniz.
Daha sonra ilgimizi hazırda atış alanına görə ilk sıralarda olan Türkiyə şəhərlərindəki satışa çıxarılan evlərə də nəzər saldıq. Bir birindən gözəl, xüsusi zövq və hər baxımdan konforlu evləri bir də siz görün istədik:


Ülkər Fərmaqızı
VOİCEPRESS

Əvvəlki məqaləMüsavat deputatlığa namizədlərini açıqladı – SİYAHI – YENİLƏNİB
Növbəti məqalədə“Qaçqınlara və onları qəbul edən ölkələrə yardım artırılmalıdır”

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin