Milli Qəhrəmanın deputat xanımı seçkilərə qatılmayacaq

0
314292


“Parlament seçkilərində iştirak etməyəcəm. Qərarım dəqiqdir”.

Bunu beşinçi çağırış Milli Məclisin 122 saylı Xankəndi seçki dairəsindən olan deputatı Flora Qasımova bildirib. O, yerini gənclərə vermək fikrində olduğunu vurğulayıb:

“Daha parlament seçkilərində iştirak etməyəcəm, deputat olmaq kimi fikrim də yoxdur. Bu sahədə gəncləri irəli çəkmək daha yaxşı olardı”.

Qeyd edəki ki, Flora Qasımovanın 72 yaşı var və iki çağırış Milli Məclisin deputatı kimi fəaliyyət göstərib. O, Azərbaycanın şəhid Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşıdır.

Flora Qasımovanın bu qərarının ardından Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvü Ceyhun Ələkbərov həmin dairədən namizədlik iddiasını bəyan edib.

Ceyhun Ələkbərov Efiopiyanın Azərbaycanda fəxri konsulu, iş adamı kimi də tanınır. O, 1976-cı ildə Xocalıda dünyaya gəlib.

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here