Həsən Ruhani: “Müsəlman ölkələri öz sığorta şirkətlərini yaratmalıdır”

385102

Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən sammitdə çıxış edən İran İslam Respublikasının Prezidenti Həsən Ruhani müsəlman ölkələrini əhatə edəcək nəqliyyat sığortası yaratmağa çağırıb.

VOICEPRESS “voiceamerica”ya istinadla xəbər verir ki, Ruhani Qərbdəki sığorta şirkətlərinin ABŞ sanksiyaları səbəbilə İranın ixraclarını sığortalamaqda çətinlik çəkdiyini qeyd edib.

O, müsəlman ölkələrinin sığorta da daxil olmaqla, bir çox sahədə bir-biri ilə əməkdaşlıq etmək zamanının gəldiyini bildirib: “Biz başa düşürük ki, bu gün bir çox iqtisadi əməliyyatlarımız və fəaliyyətlərimiz xarici ölkələrin sığortasından, böyük ölkələrdən gələn sığortadan asılıdır. Buna görə biz, müsəlman ölkələri olaraq müsəlman dövlətləri üçün, ələlxüsus nəqliyyat və tranzit sahələrində sığorta yaratmaq məqsədilə əməkdaşlıq edə bilsək, bu, bizi əcnəbilərdən asılılıqdan xilas edəcək”.

Ruhani, eyni zamanda, müsəlman ölkələrinə tranzaksiyaları öz valyutalarında həyata keçirmələrini təklif edib.

Türkiyə Prezidenti Ərdoğan bu təklifi dəstəkləyib. Türkiyə Prezidenti sammitdə milli valyutalarla ticarət məsələsinə toxunaraq, xarici valyuta mübadiləsi təzyiqindən qurtulmağın mühüm olduğunu deyib.

VOICEPRESS

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin