VOICEPRESS TASS-a istinadən xəbər verir ki, bu barədə Baş Əmək Konfederasiyası (CGT) həmkarlar ittifaqının rəhbəri Filipp Martinez hökumətlə pensiya sistemində islahatlara dair danışıqların başa çatmasından sonra verdiyi açıqlamasında deyib.
O, Fransa Baş nazirinin iqamətgahından çıxarkən qeyd edib ki, danışıqlar zamanı mahiyyətcə heç bir şey dəyişmədi.
Martinez kimi digər həmkarlar ittifaqlarının rəhbərləri də hökumətin yeni pensiya islahatlarında heç bir ciddi dəyişiklik olmadığını təsdiqləyib.
Fransa Demokratik İş Konfederasiyasının (CFDT) rəhbəri Loran Berger bu barədə Baş nazirlə dialoqun davam etdirilməsini istədiklərini bildirib.
Qeyd edək ki, ötən həftə Fransanın Baş naziri Edouard Filipp yeni pensiya islahatlarının detallarını açıqlayıb. Bildirilib ki, yaxın illərdə pensiya yaş həddi 62-də 64-ə qaldırılıb.
Mövcud nəqliyyat xidmətlərində və dəmiryolu xəttində çalışan işçilər iddia edir ki, yeni qanunun qüvvəyə minəcəyi təqdirdə, müavinətlərini və erkən təqaüd yaş həddini itirmiş olacaqlar.
VOICEPRESS