10 Noyabr 2019 cu il tarixində Türkiyənin İstanbul şəhərində Cənubi Azərbaycanı təmsil edən ictimai birlik tərəfindən “Cənubi Azərbaycan şəhidlərinin anma” gününə həsr olunmuş tədbir keçirilib. Tədbir “Cənubi Azərbaycanın Milli Oyanış Hərəkatı” (GAMON) təşkilatının rəhbərliyi ilə baş tutub.
VOİCEPRESS Beynəlxalq İnformasiya Bürosunun İstanbul nümayəndəliyinin rəhbəri, siyasi yazar Abdullah Türer Yener də, tədbirdə iştirak edib. Tədbir çərçivəsində “Cənubi Azərbaycan Milli Oyanış Hərəkatı” təşkilatının müavini, İctimai Əlaqələr şöbəsinin rəhbəri, Cənubi Azərbaycanlı Elyar Makuyi ilə VOİCEPRESS-lə rəhbərlik etdikləri təşkilatın birgə diaspora fəaliyyəti müzakirə edilib.
Tədbirdə “Bütöv Azərbaycan” şüarları səsləndirilib, Azərbaycan və Türkiyə Bayraqları dalğalandırılıb.
Ü. Fərmanqızı
VOİCEPRESS