ÜMİD TV-NİN ƏMƏKDAŞI TÜRKİYƏ PREZİDENTİNİN KÖMƏKÇİSİ İLƏ GÖRÜŞÜB

0
313983

VPOICEPRESS-in verdiyi xəbərə görə, Ümid Tv Azərbaycan kanalının əməkdaşı Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində bir çox rəsmi görüşlər keçirib.

UTVİNFO Ümid Tv Azərbaycan kanalına istinadən xəbər verir ki, bu səpkili görüşlərdən biri də AK Parti (Ədalət və kalkınma) mərkəzində sədr Recep Tayyip Ərdoğanın xarici əlaqələr üzrə köməkçisi Cevdet Yılmaz bəylə baş tutub.

Söhbət zamanı Cevdet Yılmaz Azərbaycan Türkiyə münasibətlərindən bəhs edərək bildirib ki, “bu iki ölkə arasında olan doğmalıq , sədaqət, sevgi bir başqadır. Tarixin çətin dönəmlərində hər zaman iki ölkə çiyin -çiyinə olaraq əsil qardaşlıq nümayiş etdiriblər”. Cevdet Yılmaz qeyd edib ki, “Azərbaycan Türkiyə münasibətlərinə- Türkiyə və Azərbaycanda yaşayan və bu doğma münasibətlərə xələl gətirmək istəyən hətta buna xüsusi cəhtlər göstərənlərdə az deyil. Həmin şəxslər Türkiyə Azərbaycan qardaşlığı üçün çalışan insanlara da xırda maneələr yaradırlar.”

Cevdet Yılmaz həmçinin, Qarabağ mövzudunda da gedən məsələləri çox diqqətlə izlədiyini və yaxında qardaş ölkə Azərbaycana məxsus torpaqların geri qaytarılacağına inandığını bildirdi.

Fürsətdən istifadə edən Cevdet bəy yaxınlarda Türkiyyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın paytaxtı Bakıda olan səfər haqqında da xoş təsüratlarını bizimlə bölüşdü.

“Bakı, ümumilikdə Azərbaycan çox dəyişib, yaxşıya doğru inkişaf edib. Ən gözəli də odur ki, Azərbaycan inkişaf edtdikcə qədimliyini itirmir, tarixini qoruyub saxlayır.”

Söhbətin sonunda, Cevdet Yılmaz Azərbaycan Türkiyə qardaşlığına və sevgisinə əsaslanaraq, “iki ölkə arasında olan ticari və digər bütün sahələrdə sərhədlərin tam olaraq qalxması” arzusunu da bizimlə paylaşdı. Bu görüşün həyata keçirilməsində xüsusi rolu olan Dünya Azərbaycanlıları Platforumunun sədri və həmçinin son keçirilən seçkilərdə Ak parti-dən millət vəkilliyinə namizəd olmuş həmyerlimiz Samir İsgəndəroğlu Cəvdət Yılmaz bəyə üzərində Azərbaycan atrebutları olan hədiyyəni təqdim etdi.

VPOICEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here