Moldovanın yeni Baş Naziri seçilib

0
313858

Bu gün Moldova parlamenti ölkənin yeni Baş Nazirini seçib.

VOİCEPRESS xəbər verir ki, səsvermə nəticəsində İona Kiku Moldovanın yeni Baş Naziri olub. Onun namizədliyini Moldova Prezidenti İqor Dodon irəli sürüb.

Xatırladaq ki, Moldova parlamenti Avropayönümlü “Acum” (“İndi”) bloku tərəfindən formalaşdırılan Maya Sandu hökumətinə etimadsızlıq votumu ifadə edib. Bu barədə qərar qanunverici orqanın noyabrın 12-də keçirilən iclasında qəbul olunub. Etimadsızlıq votumu səsvermədə iştirak edən 63 deputatın (101 deputatdan) dəstəyini qazanıb.

Moldova Sosialistlər Partiyasının təşəbbüsü ilə səsə qoyulan qərarı müxalif Demokratik Partiyasının deputatları dəstəkləyib. Parlamentin “Şor” partiyası fraksiyası və “Acum” blokunun hər iki fraksiyası səsvermədə iştirakdan imtina edib.

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here