Lavrov ermənilərin xeyrinə DANIŞDI

0
314290

“Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma imzalana bilməz. Ermənistan sadəcə bunu imzalamayacaq. Biz də bunu nəzərə alırıq”.

VOİCEPRESS Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Yerevanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Zoqrab Mnatsakanyanla birgə birfinqində deyib.

“Danışıqlar prosesinin tərkbini tərəflər özü müəyyən edib. Məsləhətləşmənin ilkin mərhələsində və hərbi əməliyyatların bitməsindən sonrakı danışıqlar prosesində Dağlıq Qarabağ müvafiq razılaşmaların və danışıqların tərəfi idi”-deyə Lavrov əlavə edib.

O, Nikol Paşinyanın “yekun razılaşma həm Ermənistanın, həm Qarabağın, həm də Azərbaycanın maraqlarını nəzərə almalıdır”- fikrini dəstəklədiyini də söyləyib.

Lavrov Yerevanda Ermənistan Baş naziri Nikol Paşinyan, Ermənistan Prezidenti Armen Sarkisyanla görüşüb, ikitərəfli və beynəlxalq təşkilatlarda Rusiya-Ermənistan əməkdaşlığı, region və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib.

Sergey Lavrov həmçinin, Yerevanda Böyük Vətən müharibəsinin başa çatmasının 75 illiyinə həsr olunmuş sərgisinin açılış mərasimində iştirak edib.

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here